Hulusi Akar: İlkin məlumata görə, hərbçiləri daşıyan avtobus texniki nasazlıq səbəbindən aşıbVİDEO
Ankara, 27 iyul, AZƏRTAC
Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrinin şəxsi heyətini daşıyan avtobusun qəzaya düşməsi ilə əlaqədar Mersinə - hadisə yerinə gəlib.
AZƏRTAC xəbər verir ki, nazir Hülusu Akar hadisə ilə bağlı açıqlamasında bildirib ki, qəza nəticəsində dördü hərbçi, ikisi sürücü olmaqla altı nəfər həlak olub. On hərbçi yaralıdır. İlkin ehtimala görə, avtobus texniki nasazlıq səbəbindən aşıb.
Qeyd edək ki, Türkiyə vaxtı ilə saat 7.30-da Mut-Karaman yolu ilə hərəkət edən avtobus Mut rayonunun Sertavul ərazisində qəzaya uğrayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara