ELM VƏ TƏHSİL


Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsində imtahanlar yekunlaşıb

Bakı, 27 iyul, AZƏRTAC 

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Biznes idarəçiliyi fakültəsində bakalavr və magistratura səviyyələrində 185 imtahan keçirilib. İmtahanların 26-sı təqdimat formasında, digərləri isə yazılı şəkildə mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq onlayn keçirilib.

2019-2020-ci tədris ilinin yaz imtahan sessiyasında bakalavriatura pilləsində əyani şöbə üzrə I, II və III kurslarda ümumilikdə 49 adda 123 fənn tədris olunub. Həmçinin magistratura səviyyəsi üzrə birinci kurslarda 31 fənn tədris olunub.

Qeyd edək ki, ATMU-da ixtisasların tədris planlarına uyğun olaraq turizm və qonaqpərvərlik, biznes idarəçiliyi, sosial menecment fakültələrində bakalavr və magistratura səviyyələri üzrə imtahanlar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.