DÜNYA


Beyrut limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 150-yə çatıb

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı atır. Bu barədə Livanın “L'Orient-Le Jour” qəzeti Səhiyyə Nazirliyinə istinadla xəbər yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Beyrutda azı 149 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Daha əvvəl 145 nəfərin öldüyü bildirilirdi. Partlayış dalğası Beyrutda yüzlərlə binanı dağıdıb və ya zədələyib. Habelə 300 mindən çox insan evsiz qalıb.

Livan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, partlayış 2 min 750 ton ammonium nitratın qaynaq işləri zamanı yanması səbəbindən baş verib. Altı il öncə gömrük xidmətinin müsadirə etdiyi ammonium nitrat limanın anbarında saxlanılırmış. Hadisə ilə əlaqədar liman administrasiyasının 16 əməkdaşı, o cümlədən direktoru saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.