DÜNYA


Çexiya Prezidenti ABŞ-ın dövlət katibini qəbul edəcək

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 12-də Çexiya Prezidenti Miloş Zeman ABŞ-ın dövlət katibi Maykl Pompeonu qəbul edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu M.Zemanın mətbuat katibi İrji Ovçaçek jurnalistlərə söyləyib.

Maykl Pompeo Çexiyadan sonra Avstriya, Sloveniya və Polşaya gedəcək.

ABŞ-ın dövlət katibi avqustun 11-də Praqaya çatacaq. Həmin gün onun Çexiyanın Xarici İşlər naziri Tomaş Petrjiçek ilə danışıqları gözlənilir.

Daha əvvəl Çexiya xarici siyasət idarəsinin rəhbəri bildirmişdi ki, Pompeo ilə görüşdə təhlükəsizlik və ticari-iqtisadi əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.

Yerli KİV-lər ABŞ dövlət katibinin, həmçinin “Dukovanı” AES-də (Çexiyanın cənub-şərqi) yeni enerji blokunun tikintisi üçün keçiriləcək tenderdə “Westinghouse” şirkətinin maraqlarını irəlilətməsini istisna etmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.