Tibetdə simli musiqi alətləri ilə rəqs şousunda rekord qeydə alınıb VİDEO
Pekin, 8 avqust, AZƏRTAC
Çinin Tibet muxtar regionunun Markam qəzasının 7 qəsəbəsindən tələbə və rəsmi şəxslər də daxil olmaqla 3 mindən çox adam açıq havada tibetlilərin ənənəvi Sienci folklor şousunu təqdim edib.
AZƏRTAC Çin Mərkəzi Televiziyasına (CCTV) istinadla xəbər verir ki, Dünya Rekord Sertifikasiyası Agentliyi (WRCA) bu şounu dünyada bu tip ən böyük şou kimi qiymətləndirib və müvafiq sertifikat təqdim olunub.
Tarixi VII əsrə gedib çıxan Sienci rəqsi eyniadlı musiqi alətinin istifadə olunmaqla ifa edilən kütləvi folklor nümunəsidir. Bu rəqs 2006-cı ildə Çində milli qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [11:16]
Susanna Useinova: Özbək rəqsi xalqın özünəməxsus dilidir
- 17.11.2026 [11:07]
Ceffri Verbok: Azərbaycana sevgimin izaha ehtiyacı yoxdur - MÜSAHİBƏ VİDEO
- 17.11.2026 [00:07]
Filarmoniyada “Səsimiz səsindir, Humay!” adlı xeyriyyə axşamı
- 16.11.2026 [23:36]
Tbilisidə Mirzə Şəfi Vazehin doğum günü qeyd olunub
- 16.11.2026 [19:14]
“Lulla”nın həmtəsisçisi: Məqsədimiz uşaqlara ana dilini sevdirməkdir
- 16.11.2026 [18:48]