REGİONLAR
Qubada soyğunçuluq edən Xaçmaz sakini saxlanılıb VİDEO
Quba, 2 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları soyğunçuluq edərək, vətəndaşın mobil telefonunu ələ keçirən Xaçmaz rayon sakini Ədalət Novruzovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Ə.Novruzovun soyğunçuluq yolu ilə əldə etdiyi mobil telefon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla əlaqədar həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub
- 07.05.2024 [14:26]
Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır
- 07.05.2024 [14:19]