Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində final mərhələsinə yüksəlib VİDEO
Bakı, 3 sentyabr, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final mərhələsinə yüksəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 5-də keçiriləcək final mərhələsində Azərbaycan tankçıları Rusiya, Çin və Belarus komandaları ilə yarışacaq.