DÜNYA


Türkiyədə 4.5 bal gücündə zəlzələ baş verib

Ankara, 18 sentyabr, AZƏRTAC

Türkiyənin Malatya vilayətinin Hekimhan rayonunda Rixter cədvəli üzrə 4.5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Bildirilir ki, Türkiyə vaxtı ilə 9.54-də qeydə alınan yeraltı təkan ətraf bölgələrdə də hiss olunub. Hələlik zəlzələnin təsiri barədə dəqiq məlumat yoxdur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.