Türkiyənin bütün vilayətlərində COVID-19 xəstələrinin sayında artım var VİDEO
İstanbul, 18 sentyabr, AZƏRTAC
Başda Ankara və İstanbul olmaqla Türkiyənin bütün vilayətlərində COVID-19 xəstələrinin sayında artım müşahidə edilir. Yoluxma sayının 65 faizədək çoxaldığı bölgələr var.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlamasında bildirib.
Qeyd edilib ki, bununla əlaqədar olaraq ölkədə qabaqlayıcı tədbirlərin artırılması nəzərdə tutulur və məhdudiyyətlərin tətbiqi istisna deyil.
Peyvənd haqqında məlumat verən Türkiyə Prezidenti 2021-ci ilin əvvəlində bu istiqamətdə bəzi müsbət nəticələrin gözlənildiyini deyib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]