Çin daha bir okeanoqrafiya peykini orbitə çıxarıb VİDEO
Pekin, 21 sentyabr, AZƏRTAC
Çin daha bir okeanoqrafiya peyki olan “HaiYang-2C”ni orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, peyki orbitə aparan “Long March-4B” daşıyıcı raketi Ciuçüən buraxılış məntəqəsindən yerli vaxtla saat 13:40-da səmaya buraxılıb. Bu, Çinin üçüncü okeanoqrafiya peykidir və əvvəlkilərlə birlikdə şəbəkə halında işləyəcək. Peyk gün ərzində və istənilən hava şəraitində okean mühitindəki dəyişiklərin monitorinqini aparacaq.
Bu, “Long March” (“Böyük yürüş”) silsiləsindən 347-ci raket buraxılışı olub. “HaiYang-2C” peykini və “Long March 4B” raketini Çin Aerokosmik Elmi-Texniki Korporasiyasının mütəxəssisləri hazırlayıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin