SİYASƏT


Azərbaycan səfiri: Türkiyə beynəlxalq hüquq çərçivəsində hərəkət edir və ölkəmizə mənəvi dəstəyini ifadə edir

Paris, 2 oktyabr, AZƏRTAC

Dağlıq Qarabağda muzdlulardan istifadə edilməsi iddialarını qəti şəkildə rədd edirik. Ermənistan isə onlardan istifadə edir və bunu heç gizlətmir də.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev RFİ radiosuna müsahibəsində deyib. Səfir bildirib ki, Türkiyə beynəlxalq hüquq çərçivəsində hərəkət edir və ölkəmizə mühüm mənəvi dəstəyini ifadə edir.

Diplomat qeyd edib ki, bu gün sülhün yeganə bazası – Ermənistan silahlı qoşunlarının 1992-ci ildən işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayondan tam, dərhal və qeyd-şərtsiz çıxmasıdır. Bu, bizim ilkin şərtimiz yox, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsas müddəasıdır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.