Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sülh danışıqlarına yalnız düşmən əzəli torpaqlarımızı tərk etdikdən sonra başlamaq olar

Sülh danışıqlarına yalnız düşmən əzəli torpaqlarımızı tərk etdikdən sonra başlamaq olar

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycanın öz əzəli torpaqlarının azad edilməsi uğrunda apardığı haqq işində qəhrəman ordumuz böyük mətanətlə mübarizə aparır və düşmənə ağır zərbələr endirir. Uzun illər əvvəl pozulmuş ədaləti bərpa etmək naminə biz öz torpağımızda vuruşuruq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.

Deputat deyib: “Artıq ermənilər başa düşməlidir ki, Azərbaycan torpaqlarından çıxıb getməyin vaxtı çatıb. Prezident İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə bir daha qeyd etdi ki, erməni xalqı gərək öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsin, öz hökumətini məsuliyyətə cəlb etsin, övladlarını Azərbaycan torpaqlarına göndərməsin. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”.

Dövlətimizin başçısı dəfələrlə qeyd etdiyi kimi, bizi danışıqları bərpa etməyə dəvət edən dünya birliyi gərək izahat versin ki, erməni əsgərinin Azərbaycan torpaqlarında nə işi var. Ona görə də döyüşlər erməni əsgəri Azərbaycan torpaqlarını tam tərk edənədək davam edəcək. Bizim ərazi bütövlüyümüzü təmin edib, tarixi ədaləti bərpa etməkdən başqa heç bir məqsədimiz yoxdur. Bildiyimiz kimi, hələ Tovuz döyüşləri zamanında əgər Azərbaycan ordusu istəsəydi, döyüşü Ermənistan ərazisinə keçirərdi, lakin bunu etmədik. Çünki bizim öz torpaqlarımızdan başqa heç bir yerdə gözümüz yoxdur. Amma bütün bunlar Ermənistan rəhbərliyinə dərs olmadı ki, yenidən təxribat törətdilər və layiqli cavablarını aldılar”.

S.Xasayeva bildirib ki, hər bir azərbaycanlının 30 ildir səbirsizliklə gözlədiyi günlər artıq gəlib çatıb. Doğma Şuşamızda, Qarabağımızda üçrəngli bayrağımızın ən qısa zamanda dalğalanacağına heç kəsin şübhəsi yoxdur. Çünki hər bir Azərbaycan vətəndaşı bu qətiyyəti Prezident, Ali Baş Komandan İlham Əliyevin gözlərində görüb. Dövlətimizin başçısının hər bir çıxışı, hər bir bəyanatı düşmənin yuxularını ərşə çəkir, onların kabusu olmağa davam edir. Prezident İlham Əliyev əvvəlki hadisələrdən heç bir dərs götürməyən erməniləri söz verdiyi kimi, peşman etdi.

Dövlətimizin başçısının bu qətiyyəti ordumuzun uğurlarında da öz əksini tapıb. Hər gün cəbhədən gələn xəbərlər ordumuzun qüdrətini göstərir. Döyüş texnikasını, hətta itirdikləri canlı qüvvəni belə döyüş meydanında qoyub qaçan erməni əsgərləri də reallığı çox yaxşı görə bilirlər. Qüdrətli Azərbaycan Ordusu qarşısında onların qaçmaqdan başqa çarəsi də yoxdur. Ermənistanın faşist ideologiyasına xidmət edən qorxaq və heç bir siyasi təcrübəsi olmayan baş naziri Nikol Paşinyan, onun həqiqi reallığı dərk etməyən başıpozuq komandası tərəfindən bu ölkənin dinc sakinlərinə tuşlanan silahların gücü ilə döyüş meydanında saxlanılan erməni əsgəri qarşısında qəlbi Vətən eşqi ilə döyünən Azərbaycan igidləri dayanıb. Məhz buna görə də ermənilər yalnız məğlubiyyətə düçar olur və onların Azərbaycan torpağında sərilmiş cəsədləri qalır. Ermənistanlı analar nə qədər gec deyil bu biabırçı vəziyyətə son qoyulması üçün Nikol Paşinyan rejiminə qarşı ayağa qalxmalı, təcili olaraq müharibənin dayandırılmasını tələb etməli, illərlə əziyyət çəkib böyütdükləri övladlarının meyitlərinin ilana, qurda, quşa yem olmaması üçün onların Dağlıq Qarabağda döyüşməsinə etiraz etməlidirlər. Eyni zamanda, nə qədər gec deyil, ölkələrinin yalançı, riyakar, korrupsiyaya uğramış, xalqın qanını soran dırnaqarası demokratların vədlərinə inanmayıb təcili Dağlıq Qarabağı tərk etməlidirlər.

Çox təəssüflər olsun ki, məkrli düşmən Azərbaycan torpaqlarını tərk etmək əvəzinə, xarici ölkələrdəki erməni lobbisinin dəstəyindən istifadə edərək, hər cür riyakarlığa və yalana əl atır. Ermənistan ordusunun qaniçən cəlladları məğlubiyyətin acısını dadan kimi ölkəmizin şəhərlərini, rayon və kəndlərini, mülki obyektləri və dinc əhalini hədəfə aldıqları, günahsız insanları, o cümlədən qocaları, məktəbliləri öldürdükləri və yaraladıqları halda, yalandan hay-küy qaldıraraq guya Azərbaycan Ordusu onların mülki əhalisini hədəfə alır və yaşayış məntəqələrini dağıdır, Azərbaycan Qarabağı işğal etmək istəyir. Bu yalanları Fransada yaşayan ermənilər vasitəsilə bu ölkənin Prezidenti Emmanuel Makrona çatdıran və onu inandıranlar Fransa rəhbərini çox pis və gülünc vəziyyətə salıblar. Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edən Fransa lideri açıq şəkildə beynəlxalq qanunları tapdaladıqlarını və Fransanın ATƏT-in həmsədri kimi yalnız faşist Ermənistanı müdafiə etdiklərini bariz şəkildə nümayiş etdirdi və lider Avropa ölkəsi olan Fransa dövlətinin məkrli siyasət yürütdüyünü nümayiş etdirdi. Dövlətimizin başçısı qətiyyətlə bildirdi ki, Azərbaycan öz əzəli torpaqları uğrunda döyüşür, heç bir dövlətin torpağında gözü yoxdur, yeganə məqsəd ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, doğma Vətənindən didərgin düşmüş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasını, orada rahat yaşamasını və dağıdılmış torpaqlarımızı yenidən qurmaq və inkişaf etdirməkdir. Ona görə də Makron bilməlidir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını çox qısa zaman kəsiyində tam, dərhal, qeyd-şərtsiz tərk etdikdən, Azərbaycan Silahlı Qüvvələri müqəddəs və əzəli torpaqlarımızda yerləşdikdən sonra Vətən müharibəsi dayandırıla bilər və sülh danışıqlarına başlamaq olar.

“Bu gün ölkəmizdə minlərlə, hətta on minlərlə oğullarımız könüllü olaraq hərbi komissarlıqlara gedərək qəhrəman və müzəffər Ordumuzun əsgərləri ilə birlikdə döyüşə qatılmaq istədiklərini bildirirlər. Çünki onlar öz doğma torpaqlarını sevirlər, haqq işi uğrunda döyüşdüklərini bilirlər. Ən əsası, müqəddəs ana Vətən torpaqları uğrunda vuruşurlar. Azərbaycanın ərazisinin bütövlüyü uğrunda canlarını fəda etməkdən qorxmurlar. Onlar tam əmindirlər ki, tez bir zamanda doğma vətənimiz Azərbaycanın əzəli torpaqlarını düşmən tapdağından azad edəcək və üçrəngli müqəddəs bayrağımız bu əzəli torpaqlarda əbədi dalğalanacaqdır. Vətən nisgilinə və həsrətinə son qoyulacaq, bütün şəhidlərimizin göylərdə gəzən narahat ruhları rahatlıq tapacaqdır”, - deyə deputat qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İcmaəsaslı məktəbəqədər təhsil qruplarına 1909 uşaq cəlb olunub

Paytaxtın 308 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

Gülşad Məmmədova: Küləyin sürəti gecəyə doğru zəifləyəcək

Xəzər dənizində batan 4 nəfərdən 2-nin meyiti sudan çıxarılıb, digərlərinin axtarışı davam etdirilir – YENİLƏNİB

İƏT ölkələrinin nümayəndələri Ankarada qadın liderliyinin inkişafına töhfələri müzakirə edir

Bakı böyük beynəlxalq forumların keçirilməsi üçün əlverişli məkana çevrilib

AzMİU-nun ilk dəfə dünyanın 1000 ən yaxşı universiteti sırasına daxil olması inkişaf strategiyasının nəticəsidir

Azərbaycanlılar Gürcüstan əhalisinin 7 faizini təşkil edir

“Ginnesin Rekordlar Kitabı”na düşən ilk çağdaş rəssamımız: Rafiq Əziz

Tramp administrasiyası Azərbaycanı ən vacib nəqliyyat, enerji və diplomatik proseslərinin mərkəzində dayanan ölkə kimi görür MÜSAHİBƏ

İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Milli Məclisdə olub

H.R.Quliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Qarabağ” iki qapıçısı ilə yollarını ayırıb

STEAM layihəsi paytaxt üzrə 211 minə yaxın şagirdi əhatə edib

Məcnun Məmmədov: Dövlət Proqramının əsas məqsədi daha az resurs sərf etməklə daha çox və keyfiyyətli məhsul götürməkdir

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

Folklor İnstitutunda elmi seminar: Hənəfi Zeynallı irsi və Kürdəmir toyları

PKTU-BMU Mühəndislik fakültəsi ilk tələbələrini qəbul edəcək

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Qlobal bərpaolunan enerjinin quraşdırılma gücü ötən ilin sonunda rekord göstəriciyə çatıb

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Naxçıvanda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

Naxçıvanda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

Cənubi Koreyanın keçmiş ədliyyə nazirinə 25 illik həbs cəzası verilib

Paytaxt məktəblərində təşkil olunmuş təmayül siniflərində 17 mindən çox şagird təhsil alıb

Göygöldə Qərbi Azərbaycanın mədəni irsi və qədim adət-ənənələri nümayiş olunub

Azərbaycan parabadmintonçusu Fransada bürünc medal qazanıb

Ukrayna müdafiə qüvvələri Moskva vilayətində kosmik rabitə mərkəzinə zərbə endirib

Azərbaycan istehsalı olan “Dostlug” tankerinin açılışı baş tutub

Zəfər Qurbanov: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla həyata keçirilir

Naxçıvanda istehlakçılara 4,9 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

Azərbaycan alpinistləri İtaliyadakı Monte Paterno zirvəsinə qalxıblar

Salyanda yol qəzası olub, xəsarət alanlar var

İcma sədri: Qərbi Azərbaycan həqiqətlərinin təbliği bölgələrdə daha da genişlənir

Mozambik Respublika Assambleyasının sədri Azərbaycana səfərə gəlib

Heykəltaraş Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görülüb

® Dənizçilərə özəl kredit təklifi

Dövlət Proqramı aqrar sektorda yeni inkişaf mərhələsinin əsasını qoyur – ŞƏRH

“Xəzər” ansamblı Sankt-Peterburqda Azərbaycan xalq rəqslərini təqdim edib

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib

Azərbaycanın beynəlxalq nüfuzu və inkişaf modeli diqqət mərkəzindədir ŞƏRH

Qazaxıstan dəmir yolları və beynəlxalq dəhlizlər üçün vahid rəqəmsal şəbəkə yaradacaq

İordaniya Nümayəndələr Palatasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Şükürbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

Azərbaycan müxtəlif siyasi sistemlərə malik dövlətlər arasında etibarlı körpü rolunu oynayır

Bakı məktəbliləri respublika və beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə ediblər

Şərurda 450 hektar kartof və soğan əkini ərazisində müasir suvarma sistemləri tətbiq olunub

Türkmənistan Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Seymur Səfərli: 2030-cu ilədək yüksək məhsuldarlığa əsaslanan rəqabətqabiliyyətli kənd təsərrüfatı sistemi yaradılacaq VİDEO

Seymur Səfərli: 2030-cu ilədək yüksək məhsuldarlığa əsaslanan rəqabətqabiliyyətli kənd təsərrüfatı sistemi yaradılacaq VİDEO

Rafail Quliyev: Bu il Naxçıvanda 20 min hektar sahədə payızlıq taxıl əkini aparılacaq

ABŞ LNG-sinin Avropanın təbii qaz idxalındakı payı 60 faizə çatır

ABŞ-İran razılaşmasından sonra neftin qiyməti azalıb

Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib

İtaliya və Yunanıstanın təbii qaz idxalında TAP-ın ötənilki payı bəlli olub

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub  YENİLƏNİB

İƏT üzvü olan dövlətlərin parlamentləri arasında koordinasiyanın gücləndirilməsi müzakirə olunub

Quba və Qusar rayonlarında floristik tədqiqatlar aparılıb

ADSEA rəsmisi: Məmnunluğun artırılması məqsədilə rəqəmsal transformasiya layihələrinin və elektron xidmətlərin tətbiqi genişləndirilir

BŞTİ: 46 mindən çox şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

Qorxmaz Axundov: Tar mənim üçün sadəcə musiqi aləti deyil, Azərbaycanın səsidir- MÜSAHİBƏ

Azərbaycan diasporu Dneprdə tarixi məscidin müsəlmanlara qaytarılması üçün danışıqlar aparır

DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına dəstək göstərilir

Naxçıvanda 41 min hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq, 2500 hektar yeni ərazi dövriyyəyə cəlb olunacaq

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək, bəzi bölgələrdə isə yağış yağacaq

İran nümayəndə heyəti ABŞ ilə danışıqlardan sonra Tehrana qayıdıb

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı qərəzli və siyasi xarakter daşıyır - ŞƏRH

Bəzi çimərliklərdən istifadə müvəqqəti məhdudlaşdırılıb

Paytaxtda 21 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

Böyük Britaniyanın Baş naziri istefa verib

Qivami Rəhimli: İlham Əliyevin Səngəçaldakı möhtəşəm əl izi dəmir yumruğa çevrilib

Fransada güclü istilər səbəbindən məktəblər bağlanıb, bəzi imtahanlar təxirə salınıb

Samuxda ilin ilk məhsul festivalı

Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur: ikisi xarici ölkə vətəndaşıdır

Gənclər Kitabxanasında Xaqani Şirvaniyə həsr olunan elektron məlumat bazası hazırlanıb

Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə yeni Dövlət Proqramının hədəfləri müzakirə olunub - YENİLƏNİB VİDEO

Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə yeni Dövlət Proqramının hədəfləri müzakirə olunub - YENİLƏNİB VİDEO

İƏT Parlament İttifaqının Baş katibi: İslam dünyası həssas bir mərhələdən keçir

TAP-la indiyədək Avropaya nəql olunan təbii qazın həcmi açıqlanıb

Venesiya şəhərinə birgünlük səfər edən turistlərdən 50 avro ödəniş tələb oluna bilər

Məcnun Məmmədov: Ölkədə özünütəminetmə səviyyəsi tərəvəz üzrə 107 faiz, meyvə və giləmeyvə üzrə 140 faiz təşkil edir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Ötən həftə 113 mina və 514 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecində “Məzun günü”

Parisdə minlərlə insan irqçiliyə və ifrat sağçılığa etiraz edib

Luka Skiepatti: TAP daha inteqrasiya olunmuş Avropa təbii qaz bazarının formalaşmasına dəstək verir – EKSKLÜZİV

Son 5 ildə Biləsuvarda aqrar sektora 49,6 milyon manat investisiya yatırılıb

“Sabah”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

“Araz-Naxçıvan” Rəşad Həsənovla 1 illik müqavilə imzaladı

Bu saata olan əsas xəbərlər

Daşkənddə “Bakı Prosesi” çərçivəsində Azərbaycan–Özbəkistan mədəni əlaqələri təqdim olunub

“Bloomberg”: İran Hörmüz boğazı vasitəsilə neft tədarükünü artırıb

Xəyyam Məmmədov: Əsas vəzifələrdən biri kənd təsərrüfatının iqlim dəyişikliyinə daha davamlı model əsasında inkişafıdır

Fərid Hacıyev: Qarşıya çıxan çağırışlara qarşı parlamentlər birgə səy göstərəcək

Xəyyam Məmmədov: Görülən tədbirlər nəticəsində su itkiləri azalır, fermerlərin su təminatı daha dayanıqlı şəkildə həyata keçirilir

Azərbaycan badmintonçusu Serbiyada bürünc medal qazanıb

Dövlət Agentliyinin rəsmisi: Damcı, yağmurlama və pivot sistemlərinin tətbiqi su sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır

Sofiyada Azərbaycan mətbəxinin dadı: “Buta Bulgaria” ilə iki xalq arasında körpü yaradılır

Seymur Səfərli: Ölkə üzrə akvakultura məhsulları istehsalının 7,7 min tona çatdırılması hədəflənir

Məcnun Məmmədov: Naxçıvanda intensiv və superintensiv meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur

Kənd təsərrüfatı naziri: Muxtar respublikanın taxıl istehsalında ölkə üzrə payı 1,3 faiz olub