İDMAN


Sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir başlamışdır

Bakı, 14 fevral (AZƏRTAC). Fevralın 14-də Ukraynanın Kiyev şəhərində sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir başlamışdır.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı sərbəst və qadın güləşi üzrə yığma komandasının üzvləri təmsil edəcəklər.

Güləşçilərimiz böyük məşqçi Arif Abdullayev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında mübarizə aparırlar. Millimizin heyətində Mariya Stadnik (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula, Anna Belyayeva, Gözəl Zutova (hər ikisi 63 kq), Nadya Sementsova (67 kq) və Dina İvanova (72 kq) yer almışlar.

Qeyd edək ki, yığma komandanın üzvləri fevralın 2-dən baş məşqçi Rövşən Umudov və böyük məşqçi Qrekin İqnatın rəhbərliyi altında isə Kiyevdə təlim-məşq toplanışında iştirak edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.