Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qurban Sadıqov: Böyük Qələbəmiz Müzəffər Ali Baş Komandanımızın yenilməz iradəsinin, şanlı Ordumuzun qəhrəmanlığının nəticəsidir

Qurban Sadıqov: Böyük Qələbəmiz Müzəffər Ali Baş Komandanımızın yenilməz iradəsinin, şanlı Ordumuzun qəhrəmanlığının nəticəsidir

Bakı, 25 noyabr, AZƏRTAC

Uzun illər yurd həsrəti ilə yaşayan, doğulub boya-başa çatdığı torpaqları azad görmək istəyən həmvətənlərimizdən biri də Kəlbəcər rayonundan olan, Nazirlər Kabineti Aparatının əməkdaşı, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2-ci dərəcəli dövlət müşaviri rütbəsi almış, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş Qurban Sadıqovdur.

Bu günlər bütün Azərbaycan xalqı, bütün kəlbəcərlilər kimi Qurban Sadıqovun da sevincinin həddi-hüdudu yoxdur. Q.Sadıqov torpaqlarımızın mənfur düşməndən azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi, İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin sevincini və Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşərək deyib:

-Doğma Kəlbəcərim işğal altına düşəndə mənim 31 yaşım var idi. Düz 27 il idi ki, doğma Kəlbəcərin həsrəti ilə yaşayırdım. Bu 27 ildə anadan olduğum Nadirxanlı, müəllim işlədiyim Sarıdaş kəndi, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində, Rayon İcra Hakimiyyətində məsul vəzifələrdə çalışdığım Kəlbəcər şəhəri ilə bağlı xatirələrimi ürəyimdə gəzdirmişəm. Tale elə gətirib ki, 1993-2018-ci illər ərzində Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların və məcburi köçkünlərin problemləri üzrə şöbədə müxtəlif vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışmışam. Bunları deməkdə məqsədim odur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş insanların taleyi mənə çox yaxın və doğma olub. Özümü çox xoşbəxt hiss edirəm ki, məhz bu sahədə ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin, Nazirlər Kabinetinin bütün göstəriş və tapşırıqları əsasında üzərimə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmışam. Bir komanda olaraq çalışmışıq ki, yurd-yuvasından didərgin salınmış soydaşlarımızın mənzil-məişət, sosial problemləri yüksək səviyyədə həll edilsin. Həmçinin onların problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində də əməli fəaliyyət göstərmişik. Yurd həsrətini, nisgilini həmin insanlarla bir yerdə yaşamış, bir yerdə kədərlənmiş, bir yerdə sevinmişik.

Artıq nisgilimiz, həsrətimiz, ağrı-acılarımız arxada qalıb. Biz sentyabrın 27-dən başlayaraq demək olar ki, hər gün qələbə sevinci yaşamışıq. Müzəffər Ali Baş Komandanımızın qələbə müjdələri hər bir azərbaycanlıya, hər bir məcburi köçkünə yerə-göyə sığmayan sevinc, dədə-baba torpaqlarına böyük qayıdışın çox yaxında olduğu günlərin unudulmaz duyğularını yaşadıb. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində tariximizə Böyük Qələbə zəfərini yazıb. Bu şanlı Zəfərin, bu Böyük Qələbənin təməli məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti illərində qoyulub. Xalqın təkidi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev iqtisadi və siyasi cəhətdən çətin günlər yaşayan Azərbaycanı inkişaf yoluna çıxardı. Dahi siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanı iqtisadi cəhətdən möhkəmləndirən “Əsrin müqaviləsi” imzalandı. Ulu Öndər bilirdi ki, müharibə aparan ölkə hərtərəfli güclü olmalıdır, həm iqtisadi, həm siyasi, həm də hərbi və diplomatiyada. Bu yerdə Lissabon Sammitini xatırlamamaq mümkün deyil. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz 1996-cı ilin dekabrında keçirilən bu sammitdə müəyyən edildi. Ulu Öndər çevik və dəqiq diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə edilməsinə nail oldu. Bu sammitdə 53 dövlətin səsini qazanmaq o dövr üçün çox böyük uğur idi. Bu uğuru dövlətimizin başçısı son 17 ildə öz müdrik daxili və xarici siyasəti ilə daha da möhkəmləndirdi, dünyaya Azərbaycanın inkişaf modelini təqdim etdi, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıdacaqlarına olan inamını daha da artırdı. Bu böyük qayıdışa Ulu Öndərimiz də şəksiz inanırdı. Yaxşı yadımdadır, Ulu Öndər 2002-ci il sentyabrın 13-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqın və məcburi köçkünlərlə görüşdə demişdi: “Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm”.

Ulu öndərin bu inamını Müzəffər Ali Baş Komandanımız, qəhrəman Prezidentimiz artıq reallığa çevirdi. Düşməni döyüş meydanında diz çökdürən, onu ağ bayraq qaldırmağa məcbur edən Ali Baş Komandanımız Qarabağın tacı olan Şuşanın işğaldan azad olunduğu gün - noyabrın 8-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi. Həmin ziyarət zamanı çıxışında dövlətimizin başçısı Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini bəyan etdi. Dedi ki, beynəlxalq təşkilatların kağız üzərində qalan qərar və qətnamələrini Azərbaycan döyüş meydanında icra etdi. Bu vəzifənin öhdəsindən şərəflə gələn Azərbaycan hüquqlarını bərpa etdi və ərazi bütövlüyünü təmin etdi. Bütün dünya Ali Baş Komandanımızın güclü siyasi iradəsini və rəşadətli Azərbaycan Ordusunun gücünü gördü.

Şəhərləri, qəsəbələri, kəndləri işğaldan azad olunan bütün soydaşlarımız kimi mən də doğma Kəlbəcərimin azadlığa qovuşması gününü səbirsizliklə gözləyirdim. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, işğaldan azad edilmiş bütün torpaqlarımızda həyat yenidən öz axarına düşəcək və erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizdə bütün yaşayış məntəqələri və infrastruktur yenidən qurulacaq, inkişaf edəcək. Ən böyük arzum işğaldan azad olunmuş torpaqlarımızı həmin inkişafdan sonra qarış-qarış, kəndbəkənd gəzməkdir. İnşallah, bu, mənə də, bütün soydaşlarıma da nəsib olacaq.

Həqiqətən, 27 ilin həsrətindən sonra insanların üzündə sevinci görmək, xoşbəxtliyi hiss etmək çox gözəldir. Yaşasın, var olsun Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan! Yaşasın, Azərbaycan xalqı, Azərbaycan dövləti və rəşadətli Azərbaycan Ordusu! Biz çox xoşbəxt xalqıq və daha da xoşbəxt və firavan yaşamağa layiqik. Biz bu xoşbəxt həyatı yaşayacağıq.

Mən bu qeydlərimi möhtərəm Prezidentimizin artıq dillər əzbərinə çevrilən bir kəlamı ilə bitirirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VII Dünya Köçəri Oyunları 2028-ci ildə Kazanda təşkil ediləcək

“Bavariya” Bundesliqanın yeni mövsümünün açılış matçında “Ştutqart”ı darmadağın edib

Qadın voleybolçularımız Avropa çempionatının pley-off mərhələsində Türkiyə yığması ilə qarşılaşacaq

Tramp ABŞ Kosmik Akademiyasının təsis edilməsi haqqında fərman imzalayıb

Bakıda çimərlik güləşi üzrə Dünya Seriyasının açılış mərasimi olub

Naxçıvanda avtomobil piyadanı vurub

Yelizaveta Ruban: Bu gün qalib gəlmək arzusunda idik, təəssüf ki, alınmadı

Hesablama Palatasında kollegiya iclası olub

Faiq Qarayev: Texniki səhvlər bizə imkan vermədi ki, Niderlandla oyunda qələbə qazanaq

Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır

Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər

Finlandiya bələdiyyələri işsizlik səbəbindən xərclərin kəskin artması ilə üzləşib

Qusarın Yasab, Həzrə, İmamqulukənd və Qaratoba kəndlərində yeni məktəb binaları inşa olunacaq

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub VİDEO

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Niderland kollektivi ilə qarşılaşıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Yeni tədris ilində metroda qatarlar arasında interval azaldılacaq VİDEO

Yeni tədris ilində metroda qatarlar arasında interval azaldılacaq VİDEO

Polşanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb

® Beynəlxalq səviyyəli cərrah

Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər

® Tibb və təhsil işçilərinə güzəştli kredit imkanı – illik 8,5%-dən

Qəbələdə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara, günərzi qayğı və reabilitasiya mərkəzlərinə baxış olub

İğdırda “Xarıbülbül” adlı əl işləri sərgi-yarmarkası keçirilir VİDEO

İğdırda “Xarıbülbül” adlı əl işləri sərgi-yarmarkası keçirilir VİDEO

AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında əməkdaşlıq genişlənir

Bakıda mağazada saxta içkilər aşkarlanıb

İspaniya qeyri-qanuni miqrantlarla bağlı qaydaları sərtləşdirir

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Rüfət Babayev ilə MÜSAHİBƏ VİDEO

İslandiyada Aİ-yə üzvlüklə bağlı danışıqların bərpasına dair referendum olacaq

Aygün Attar: Azərbaycan–Özbəkistan müttəfiqliyi vahid geoiqtisadi məkan formalaşdırır

AzTU nümayəndə heyəti Almaniyada Otto fon Qerike adına Maqdeburq Universitetində olub

Almaniya bu il iqlim hədəfinə nail olmamaq riski ilə üzləşib

Avarçəkmə üzrə ölkə çempionatında ilk: kayakda qarışıq cütlüklər yarışacaq

Kəlbəcərə dolu yağıb VİDEO

Kəlbəcərə dolu yağıb VİDEO

Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Şimali Koreyanın nüvə potensialını 100 min dəfə artırdığı açıqlanıb

Nazir Məcnun Məmmədov Qobustanda vətəndaşlarla görüşüb

33 illik həsrətdən sonra açılan qapı...

Xəyal Bəşirov: Bakı və Daşkənd müttəfiqlik əlaqələrini regional miqyasda genişləndirir

Asif Şirəliyev: Dünya çempionatında hakimlərimizin qərarları narazılıq yaratmayıb VİDEO

Asif Şirəliyev: Dünya çempionatında hakimlərimizin qərarları narazılıq yaratmayıb VİDEO

Qlobal şirkətlərdən süni intellekt mənşəli kibertəhdidlərə qarşı “ortaq müdafiə” çağırışı

Azərbaycan ilə Türkiyənin ali təhsil əməkdaşlığında yeni mərhələ

Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur VİDEO

Baş məşqçi: Çimərlik güləşi üzrə U-17 yığmamızın nəticəsi tarixi uğurdur VİDEO

Bakı istintaq təcridxanasında həbs edilmiş şəxsə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısı alınıb

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanının icrası ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 26 sentyabr tarixli 13-1 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının QƏRARI

® PR və onun əsasları

Dövlət orqanlarında vakant inzibati vəzifələr üzrə daxili müsahibə elan edilib

Milli Məclisin sədri: Geosiyasi gərginliklər inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir

DTX-nin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib

® “PAŞA Holding”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə altıncı “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır

Məşqçi: Yay İdman Festivalında cüdo idman növünə böyük maraq göstərilir VİDEO

Məşqçi: Yay İdman Festivalında cüdo idman növünə böyük maraq göstərilir VİDEO

AzTU tələbələrindən Çində yüksək nəticə: 2 qızıl, 1 gümüş medal

Lisey və gimnaziyalarda şagird qəbulu üzrə seçimlərin II mərhələsi başlayıb

ADAU tarixində ən yüksək tələbə qəbulu: plan yerləri ilkin mərhələdə 98 faiz dolub

Rahid Əmirquliyev: “Qarabağ” avrokuboklara daha güclü qayıdacaq

Altı yüzdən çox xaçmazlı məzun tələbə adını qazanıb

Azərbaycan oxatanları Belarusda iki medal qazanıblar

Ekspert: Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Türk dünyası ilə daha yaxşı əlaqə yarada biləcək

Kayrat Osmonaliyev: Azərbaycan-Qırğızıstan əməkdaşlığı tranzit və investisiya imkanlarını genişləndirir

Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər

Əmək və əhalinin sosial müdafiəsi naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyib

Laçında səyyar stomatoloji aksiya təşkil edilib

Qara dənizdə gərginlik Baltik buğdasına marağı artırıb

İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı VİDEO

İşğaldan azad olunmuş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradıldı VİDEO

BMU-ya qəbul göstəriciləri son illərin ən yüksək səviyyəsinə çatıb

Ay tutulması psixologiyamıza təsir edirmi? – mütəxəssisdən açıqlama

Alp dağlarında yaranan təhlükə ilə bağlı xəbərdarlıq edilib

Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Qətər LNG tədarükü üzrə fors-major müddəti uzadıb

UNEC ilə Özbəkistanın ali məktəbləri arasında akademik və elmi tərəfdaşlıq genişləndiriləcək

Basketbol millisinin məşqçisi: Yay İdman Festivalı gənclər üçün çox faydalı təşəbbüsdür

Hindistanın valyuta ehtiyatları rekord səviyyəyə yüksəlib

Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı sentyabrda keçiriləcək

“Trabzonspor”un Konfrans Liqasındakı rəqibləri bəlli olub

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

Yerüstü Nəqliyyat Agentliyi sahibkarlara göstərilən xidmətlərin sayını açıqlayıb

İdman qidaları satılan mağazada plandankənar yoxlama aparılıb

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

“AzərEnerji”nin ixrac gəlirləri 87 faizdən çox artıb

Deputat: Ballıqaya faciəsini gələcək nəsillərə çatdırmalıyıq

Şair Sahib Məmmədov: Süni intellektin hələlik “mən niyə yaradıram?” sualına öz cavabı yoxdur

Azərbaycanın UNESCO-dakı yeni daimi nümayəndəsi etimadnaməsini Baş direktora təqdim edib

Elektrikin kəsilməsi işıqforların fəaliyyətinə təsir göstərməklə yol hərəkətinin təşkilinə də çətinliklər yarada bilər – Ekspert rəyi

Azərbaycan-Özbəkistan münasibətləri Mərkəzi Asiya-Cənubi Qafqaz əlaqələrinin güclənməsinə xidmət edir RƏY

Ekspertlər: Qlobal istiləşmə ilə Nepaldakı fəlakət arasında birbaşa əlaqə qurmaq hələ tezdir

“Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb

FIFA Argentina millisinin futbolçularına verilən cəzaları yüngülləşdirib

Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin növbəti təzahürü: Köçəryan-Sarkisyan tandeminin mühakiməsi – ŞƏRH

Türkiyənin Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı

Avropa Liqası: “Beşiktaş”ın əsas mərhələdəki rəqibləri müəyyənləşib

NDU-nun “Enactus” komandası Azərbaycan çempionu olub

Mahir Qəribov: “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası tarixi irslə gələcək arasında mənəvi körpü yaradır

Saatlı və Mingəçevir sakinləri kibertəhlükəsizlik məsələləri ilə bağlı marifləndirilib

Prezident Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü qeyd edilib VİDEO

Prezident Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü qeyd edilib VİDEO

Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 10 mini keçib

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb VİDEO

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb VİDEO

Mütəxəssis: Azərbaycan startaplarının Özbəkistan bazarına çıxması üçün geniş imkanlar var

Kəlbəcər və Laçın sakinlərinin müraciətləri dinlənilib