Azərbaycan Dövlət İnformasiya Agentliyi

Düşmənin kabusuna çevrilən “Qartal” ləqəbli xüsusi təyinatlı VİDEO

İmişli, 22 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsində düşmənin kabusuna çevrilən xüsusi təyinatlıların erməni hərbçilərinə vurduqları zərbələr hələ uzun illər yaddaşlardan silinməyəcək. “Qartal” ləqəbli şəhid Nurlan Hüseynov da onların arasında idi. Hələ Aprel döyüşlərindən düşmənə qan udduran Nurlan Vətən müharibəsində də öz qəhrəmanlığı ilə seçilib.

Nurlan 1992-ci ildə İmişli rayonunun Göbəktala kəndində dünyaya gəlib. Onun da sıralarında olduğu Xüsusi Təyinatlı Qüvvələrin hərbçiləri gördükləri işlərlə, qəhrəmanlıqlarla övünməzlər, ona görə də sağ ikən tanınmırlar. Yalnız şəhid və ya qazi olduqda onları xalq tanıyar. Elə Nurlan Hüseynov da 10 il xidmət etdiyi dövrdə bir kəlmə də olsun belə, öz şücaəti haqqında danışmadı. O, şəhid olduqdan sonra ailəsi Nurlanın igidliyi haqqında onun döyüşçü yoldaşlarından məlumat aldı.

AZƏRTAC-ın müxbiri qəhrəmanımızın ailəsinə baş çəkib, onlarla həmsöhbət olub.

Nurlanın böyüyüb boya-başa çatdığı kəndə çatanda onun qartal baxışlı şəkli vurulan lövhə qarşıladı bizi. Elə şəkildə də məğrur görünüşü ilə xüsusi təyinatlı olduğu diqqəti çəkirdi. Daha sonra Nurlanın ailəsi ilə görüşdük. Evdə Nurlanla bağlı xatirələr dolu olan şəkillər, medallar və 10 il şərəflə qoruyub saxladığı hərbçi formaları diqqətimizdən qaçmadı.

Şəhidin qardaşı Sərdar Hüseynov qardaşı haqqında danışarkən dedi ki, Nurlan hələ uşaq ikən hərbçi olmaq arzusu ilə yaşayırdı. O, həqiqi hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələr tərəfindən seçilib. Nurlanın fiziki qabiliyyəti, bacarıqlı olması və ən əsası Vətənə bağlılığı onun xüsusi təyinatlı olması ilə nəticələndi. Xüsusi Təyinatlı Qüvvələrin sırasına qatılanda sevincinin həddi-hüdudu yox idi. Çünki arzusuna çatmışdı. O, Vətənə, dövlətə, bayrağa o qədər bağlı idi ki... Beləcə Nurlan 2010-cu ildən Azərbaycanın elit hərbçilərindən biri olaraq Vətənin keşiyində dayanır.

Onun işi əlbəttə çətin, amma bir o qədərdə şərəfli idi. Şəhid anası Səliqə Hüseynova hətta bir neçə dəfə Nurlana bu işdən uzaqlaşmağı tövsiyə eləyib. Lakin Nurlan “mən Vətən üçün doğulmuşam və hərbçi yoldaşlarımdan ayrıla bilmərəm” deyib.

Nurlan xidməti dövründə saymaqla bitməyən nailiyyətlərə imza atıb. Hələ Aprel döyüşlərində düşmənə vurulan ağır zərbələrdə Nurlanın şücaətləri olub.

Şəhidin qardaşı Sərdar Hüseynov söyləyir ki, Nurlan təkcə Aprel döyüşündə 57 ermənini əlbəyaxa döyüşdə məhv edib: “Baxmayaraq ki, həmin döyüşlərdə kəllə-beyin travması almışdı, müalicədən sonra da yenidən xidmətinə qayıtdı. Nurlan bir çox kurslar, təlimlər keçən xüsusi təyinatlı gizir idi. O, Türkiyədə 24 ölkə arasında snayper atışı üzrə yarışda 1-ci olub. Həmin zaman Nurlana “Qartal” ləqəbi və üzərində qartal simvolu olan üzük təqdim edilib. Vətən müharibəsində də ən öndə gedənlərdən biri olub. Nurlan 15 döyüşçü yoldaşı ilə 1500 erməni hərbçisini qovan bir qəhrəman olub. Hətta bunu erməni tərəfi ağlayaraq etiraf edib. Nurlan və qrupu Vətən müharibəsində düşmənə, sözün əsl mənasında qan uddurub”.

Qəhrəmanımızın ilk döyüş yolu Murov yüksəkliyində olub, bir çox postların azad edilməsində şücaət göstərib. Cəbrayıl, Zəngilan, Suqovuşan, Füzuli istiqamətlərində döyüş tapşırıqlarını da uğurla yerinə yetirib. Onlarla erməni postunu ələ keçiriblər və artilleriya bölmələrini məhv ediblər. Hadrut istiqamətində gedən döyüşlərdə Nurlan və qrupu düşmən tərəfinə sızma tapşırığını yerinə yetirib, ermənilərin BMP-sini qənimət olaraq götürüblər. Yenidən həmin BMP ilə düşmənə qarşı hücuma keçərkən ermənilər tərəfindən atılan raketlə BMP vurulub. Oktyabrın 14-də Nurlan şəhidlik zirvəsinə ucalıb.

Şəhidin qardaşı deyir ki, Nurlan döyüşlərdə 400-500 ermənini məhv edib. “Qardaşımın şəhid olmasına sevinirəm, çünki bunu özü istəyirdi və söyləyirdi ki, Vətənimin azadlığı üçün son qanıma qədər döyüşəcəyəm. Belə də etdi, o, sağ ikən də qəhrəmanlığı ilə yaddaşlarda qalmışdı və qəhrəmancasına da şəhid oldu”, - deyə Sərdar söyləyir.

Nurlan Hüseynovun xatirələrini atası Madər Hüseynov bir qəhrəmanlıq tarixi olaraq yaddaşına həkk edib. Şəhid atası övladı haqqında fikirlərini bu sözlərə ifadə edib: “Belə bir övlad yetişdirdiyim üçün çox qürurluyam. Mən özüm də Vətənimə bağlıyam və övladlarıma bu tərbiyəni vermişəm. Nurlan ən çox arzuladığı şəhidlik zirvəsinə ucalmaqla məni də qürurlandırdı, mən də özümü şəhid atası kimi zirvədə hiss edirəm”.

Şəhidimiz ata-baba yurdu olan İmişlinin Göbəktala kəndində dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Düşmənin kabusuna çevrilən “Qartal” ləqəbli xüsusi təyinatlı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

8 Noyabr münasibətilə Zəfər Parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Azərbaycanlı həkimlər Zəfər Günü münasibətilə Berlində yürüş keçiriblər

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

Vaxtilə Azərbaycana qarşı fəaliyyət göstərmiş şəxslərin yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması tarixi ədalətin bərpasının rəmzidir – ŞƏRH

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər VİDEO

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

8 Noyabr xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin parlaq təcəssümüdür

Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər

Tbilisidə Zəfər Günü qeyd olunub

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub

Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Federasiya rəsmisi: Yorğa atların yarışlarının daha da inkişaf edəcəyinə inanırıq

Minatəmizləmə Agentliyinin rəhbərliyi Zəfər abidəsini ziyarət edib

Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Gəncədə Zəfər Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib

“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının ilk qalibləri bəlli olub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü Xocavənd qəsəbəsində qeyd olunub

Azərbaycanın tarixi Qələbəsi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb - İtaliya eksperti

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar VİDEO

Xankəndi Zəfər parkı: diqqət çəkən 44 VİDEO

Xankəndi Zəfər parkı: diqqət çəkən 44 VİDEO

Zəfər Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları olub VİDEO

Zəfər Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları olub VİDEO

Litvalı jurnalist: Azərbaycana turist kimi gəldim və Qarabağ müharibəsinin şahidi oldum VİDEO

Litvalı jurnalist: Azərbaycana turist kimi gəldim və Qarabağ müharibəsinin şahidi oldum VİDEO

Xankəndidən gələn mesajlar və Qarabağa elmin qayıdışı

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər VİDEO

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb VİDEO

Berlindəki Azərbaycan Mədəniyyət Evində Zəfər Gününə həsr olunmuş maarifləndirici dərs təşkil edilib VİDEO

Berlindəki Azərbaycan Mədəniyyət Evində Zəfər Gününə həsr olunmuş maarifləndirici dərs təşkil edilib VİDEO

Ərdoğan: Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Pakistanlı ekspert: Qarabağ sakinləri itirdikləri xoşbəxtliyi doğma torpaqlarında yenidən tapıblar VİDEO

Pakistanlı ekspert: Qarabağ sakinləri itirdikləri xoşbəxtliyi doğma torpaqlarında yenidən tapıblar VİDEO

Dövlət Xidmətinin rəhbərliyi Zəfər parkını ziyarət edib

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər VİDEO

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər VİDEO

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər VİDEO

Mehmet Emir Aksoy: Azərbaycanın Zəfəri dövlət iradəsinin tarixi təsdiqidir

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

Akkan Suver: 8 Noyabr Türk dünyası üçün böyük Zəfər və qürur günüdür

Əsgərlər bir-birlərindən tutaraq qayalıqlardan keçməli oldular –  Keçmiş xüsusi təyinatlı Şuşanın azad edilməsindən danışıb  VİDEO

Əsgərlər bir-birlərindən tutaraq qayalıqlardan keçməli oldular – Keçmiş xüsusi təyinatlı Şuşanın azad edilməsindən danışıb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır VİDEO

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır VİDEO

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur VİDEO

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur VİDEO

Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir VİDEO

Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir VİDEO

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin VİDEO

Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin VİDEO