İndoneziyada qəzaya uğramış təyyarənin “qara qutu”larından biri tapılaraq sahilə çıxarılıb VİDEO
Tokio, 13 yanvar, AZƏRTAC
Yanvarın 9-da İndoneziyada naməlum şəraitdə qəzaya uğrayaraq Yava dənizinə düşən təyyarənin “qara qutu”larından biri (FDR) tapılaraq sahilə çıxarılıb.
AZƏRTAC İndoneziyanın ANTARA Milli Xəbər Agentliyinə istinadla xəbər verir ki, bu barədə Nəqliyyat naziri Budi Karya Sumadi yanvarın 12-də təşkil edilən birgə mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, bu, axtarış-xilasetmə əməliyyatına cəlb olunan müvafiq qurumların birgə səyləri nəticəsində mümkün olub.
“Ümid edirik ki, bu əməkdaşlıq bundan sonra da uğurlu olacaq və pilotların kabinəsində yerləşən digər “qara qutu”nu (CVR), həmçinin sərnişinlərin cəsədlərini və təyyarənin digər hissələrini tapmağa kömək edəcək”, - deyə B.K.Sumadi bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]