SİYASƏT
Müdafiə Nazirliyi Füzuli rayonunun Zərgər kəndinin videogörüntülərini paylaşıb VİDEO
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Zərgər kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Zərgər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu kəndi oktyabrın 21-də işğalçılardan azad edib.