“MV Mozart” gəmisində qalan üç heyət üzvü Türkiyəyə gətirilib VİDEO
İstanbul, 30 yanvar, AZƏRTAC
Nigeriyada dəniz quldurlarının hücumuna məruz qalan “MV Mozart” gəmisinin üç heyət üzvü “Türk Hava Yolları”na məxsus təyyarə ilə İstanbula gətiriliblər.
AZƏRTAC xəbər verir ki, hücum nəticəsində qaçırılan 15 heyət üzvü ilə bağlı dəniz quldurları ilə əlaqə qurulub.
Bu barədə məlumat verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Boden Denizçilik” şirkəti ilə danışıqların aparıldığını, yeni heyətin bölgəyə çatdığını bildirib.
Xatırladaq ki, yanvarın 23-də “MV Mozart” adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Hadisə zamanı gəminin mühəndisi həmyerlimiz Fərman İsmayılov qətlə yetirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]