Xalq şairi Nəriman Həsənzadənin yubileyinə həsr olunmuş vəsait oxuculara təqdim olunub
Bakı, 8 fevral, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xalq şairi Nəriman Həsənzadənin 90 illik yubileyinə həsr olunmuş növbəti vəsaiti oxuculara təqdim edib.
AZƏRTAC xəbər verir ki, vəsaitin birinci hissəsi “Könlüm şeir istəyir” adlanır və şairin həyat və yaradıcılığından bəhs edir. İkinci hissə “Sevilən şair Nəriman Həsənzadə” adlanır və yubiley münasibətilə təşkil olunacaq kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə və digər tədbirlərdən söhbət açılır.
Vəsaitdə şairin “Atabəylər”, “Cavid”, “Nəriman”, “Midiya”, “Zümrüd quşu”, “Qaçaq Kərəm”, “Pompeyin Qafqaza yürüşü”, “Qafqaz”, “Vətənsiz”, “Şahid ol, günəş”, Bütün Şərq bilsin” kitablarının müzakirəsi oxuculara ətraflı şəkildə çatdırılıb.
Oxucular vəsaitdən http://clb.az/elmi-metodika_k74.html linkindən istifadə etməklə yararlana bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]
Akademik Musiqili Teatr yeni mövsümə başlayıb
- 07.09.2026 [11:34]
Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq
- 06.09.2026 [19:11]