Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində ay təqvimi ilə 4719-cu il başlayıb VİDEO

Çində ay təqvimi ilə 4719-cu il başlayıb VİDEO

Pekin, 12 fevral, AZƏRTAC

Şərq ölkələrinin ay təqvimi ilə bu gün - milad təqvimi ilə fevralın 12-si Yeni ilin ilk günüdür.

AZƏRTAC xəbər verir ki, Yeni ilin başlaması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Çində bu hadisə həm də yaz festivalı adlanır.

Çin zodiak sisteminə əsasən, bu il öküz ilidir. Öküz zəhmətkeşliyi, xeyirxahlığı, dürüstlüyü və inadkarlığı təcəssüm etdirir.

Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələri və ayinləri ilə də zəngindir. Bahar festivalı tarixi, mədəni irsi, həmçinin Çin sivilizasiyasının məğzini özündə ehtiva edir. İnsanlar yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək də növbəti ildə uğurlara yol açır.

COVID-19 pandemiyası səbəbindən ikinci ildir ki, Çində kütləvi bayram şənlikləri təşkil olunmur. Buna baxmayaraq, əhali bayram əhval-ruhiyyəsindədir.

Yaz festivalı 15 gün davam edir və həmin müddətdə süfrəyə qoyulan hər bir yeməyin öz mənası var. Adətə görə bayram süfrəsində boş yer olmamalıdır. Yeni il süfrəsində əsas xörək Çin düşbərəsidir. Bunun əsas səbəbi odur ki, yeni il gecəsində bıçaqdan istifadə etmək olmaz. Yerli inanca görə, bıçaqdan istifadə edənlər, özü də bilmədən, bıçaqla öz xoşbəxtliyini zədələyə bilərlər. Düşbərəni isə bıçaqsız yemək olar. Bayram günləri qonaq getmək, böyüklərə baş çəkmək olduqca vacibdir.

Yaz festivalının ən əlamətdar hadisələrindən bir də Çin Mərkəzi Televiziyasının (CCTV) yeni il axşamı təşkil etdiyi qala konsertdir. 1983-cü ildən bəri təşkil olunan konsertdə tanınmış incəsənət ustaları və xaricdən dəvət olunan qonaqlar çıxış edirlər. Ötənilki qala konsertini televiziya və internet vasitəsilə onlarla ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. CCTV-nin qala-konserti tamaşaçı sayına görə Ginnesin Rekordlar kitabına düşüb. Keçənilki konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblının 21 nəfərlik heyəti “Qaytağı” rəqsini ifa edib.

Qeyd edək ki, Yaz festivalı ilə əlaqədar ölkədə bir həftə qeyri-iş günləri hesab olunur. Özəl sektorda qeyri-iş günləri 20-30 gün davam edir. Çinlilərin böyük hissəsi bu fürsətdən istifadə edərək ölkə daxilində və xaricə gəzməyə gedirdilər. Amma qeyd etdiyimiz kimi, pandemiya səbəbindən bu il xaricə səfərlər olmayıb, ölkə daxilində isə səyahətlər minimum səviyyədə olub.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Çində ay təqvimi ilə 4719-cu il başlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vergi ödəyicilərinə mərkəzlərdə 752 mindən çox xidmət göstərilib

Aysel Yaqubova: COP31 çərçivəsində təmiz enerji texnologiyalarının təşviqi istiqamətində əməkdaşlıq edirik

INRAIL layihəsi dayanıqlı nəqliyyat modelinin formalaşdırılması baxımından regional əhəmiyyət daşıyır

Siyasi elmlər doktoru: Dublin görüşləri Azərbaycanın Avrasiyanın geosiyasi xəritəsində artan rolunu təsdiqləyib

Türk ekspert: Azərbaycanın enerji və nəqliyyat bağlantıları Avropa ilə Asiya arasında iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Ələyəzdə hərbi kilsə

Alıcılıq qabiliyyətinin azalması fransızların qida vərdişlərini dəyişdirib

Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır

FIFA-ya keçiriləcək prezident seçkilərində Canni İnfantinonun əsas rəqibi bəlli olub

UNESCO: Süni intellekt çatbotları iqlim dəyişmələri üzrə elmi faktlardan imtina edə bilər

Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır

Böyük Britaniya səfiri: Strateji tərəfdaşlıq təhsil və elm sahəsində əlaqələri daha da gücləndirəcək

BMU ilə Gürcüstanın nüfuzlu universitetləri arasında memorandumlar imzalanıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Anemiya ilə mübarizədə xalq təbabətinin unudulmuş reseptləri

Astarada avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Dankan Norman: Enerji əlaqələri tərəfdaşlığımızın əsas sütunudur

Xocalıda yeni tut bağları salınıb FOTOLAR

Fransanin Aİ-dən çıxmasının riskləri: “Frexit” ölkəyə nə vəd edir?

Astanada Çingiz Aytmatovun irsi və türk xalqlarının ədəbi əlaqələri müzakirə olunub

Nəqliyyat dəhlizləri ilə daşınan yüklərin həcmi açıqlanıb

Türk professor: Azərbaycanın COP31-də geniş pavilyonla təmsil olunması bizim üçün çox dəyərlidir

Avstraliyada görmə qabiliyyətini bərpa edə biləcək süni buynuz qişa hazırlanır

Baş prokuror Kamran Əliyev Buenos-Ayresdə beynəlxalq prokurorluq əməkdaşlığının inkişafından danışıb

Azərbaycanlı həkimin yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib

Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

NBA-da güc reytinqi yenilənib: “San-Antonio Spörs” liderliyini qoruyub

® Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?

Bakı şəhərində qışa hazırlıq tədbirləri görülür

Susanna Useinova: Özbək rəqsi xalqın özünəməxsus dilidir

Gənclər Kitabxanasında Milli Dirçəliş Gününə həsr olunmuş silsilə materiallar hazırlanıb

Ordubadda baş verən yol qəzası ilə bağlı cinayət işi başlanıb

“Qobustan” jurnalının yeni nömrəsi təqdim edilib

® Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olunub

Amerikanın iri data mərkəzləri atmosferə Danimarkanın emissiyasına bərabər karbon qazı buraxır

Ceffri Verbok: Azərbaycana sevgimin izaha ehtiyacı yoxdur  - MÜSAHİBƏ VİDEO

Ceffri Verbok: Azərbaycana sevgimin izaha ehtiyacı yoxdur  - MÜSAHİBƏ VİDEO

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir

® “PAŞA Holdinq”in dəstəklədiyi startap Qazaxıstan bazarına çıxır

Çinin “Mengxiang” qazma gəmisi yeni dünya rekordu müəyyən edib

Rəsədxana: Geomaqnit qasırğası gözlənilir

“Dözə bilmirdim, ağlaya-ağlaya gedib, ağlaya-ağlaya da qayıdırdım...” - Ballıcadan REPORTAJ VİDEO

“Dözə bilmirdim, ağlaya-ağlaya gedib, ağlaya-ağlaya da qayıdırdım...” - Ballıcadan REPORTAJ VİDEO

Okeanlar karbon emissiyalarının daha böyük hissəsini udur - yeni tədqiqat

Ukrayna ədəbiyyatının üç romanı Azərbaycan dilində

Qızılı yarpaqlar Daşkəndə nağıl ovqatı bəxş edib – FOTOLAR

DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub

Beş Avropa ölkəsi qanunsuz miqrantları Ruandaya göndərməyi planlaşdırır

FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın VİDEO

FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın VİDEO

AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək

Polşa mediası: Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirir

Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq

Ağalbəbə türbələri haqqında tədqiqat əsəri nəşr olunub

Qızılın qiyməti son bir ilin ən aşağı səviyyəsindədir

Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi beynəlxalq yarışa təyinat alıb

Nazir: Təhsilin əsas məqsədlərindən biri şagirdlərin şəxsiyyət kimi formalaşmasıdır

“OpenAI” uşaqların istismarını əks etdirən görüntüləri aşkarlamaq üçün yeni alət hazırlayıb

Vətəndaşlar icbari sığorta müqavilələri ilə bağlı bildirişləri “mygov” ilə də əldə edə bilərlər

AQTA: Quş qripi və Nyukasl xəstəliyinə qarşı epizootoloji monitorinq aparılacaq

“Goldman Sachs”: Qızılın qiymətinin əvvəlki rekord səviyyəyə qayıtması iki il çəkəcək

Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək

Akademik İradə Hüseynova: Milli dirçəlişin əsas dayaqlarından biri elmin və təhsilin inkişafıdır

® Mərkəzi Gömrük Hospitalının şöbə rəisi İlqar Tahiroğlu Ümumdünya Gömrük Təşkilatının mükafatına layiq görülüb

Yardımlı və Lənkəran rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranıb

Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib

Azərbaycanlı tələbələr gələn ildən Oklahoma Dövlət Universitetində təhsil almaq imkanı əldə edəcəklər VİDEO

Azərbaycanlı tələbələr gələn ildən Oklahoma Dövlət Universitetində təhsil almaq imkanı əldə edəcəklər VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Dünya Bankı Azərbaycanda torpaqların konsolidasiyasına maliyyə dəstəyi göstərəcək VİDEO

Dünya Bankı Azərbaycanda torpaqların konsolidasiyasına maliyyə dəstəyi göstərəcək VİDEO

Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər VİDEO

Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər VİDEO

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Azərbaycan nefti 99 dollara satılır VİDEO

Vitkoff və Kuşner Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər

Monqolustan Prezidenti istefa verdiyini açıqlayıb

Keçmiş məcburi köçkün: Doğma torpaqlarımıza böyük sevinclə qayıdırıq VİDEO

Keçmiş məcburi köçkün: Doğma torpaqlarımıza böyük sevinclə qayıdırıq VİDEO

Cəbrayıl sakini: Doğma yurda qayıdandan sonra arzularımızı həyata keçirəcəyik VİDEO

Cəbrayıl sakini: Doğma yurda qayıdandan sonra arzularımızı həyata keçirəcəyik VİDEO

Hazırda Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq var

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Milli iradənin tarix yazdığı gün

“Böyük Qayıdış” davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb VİDEO

“Böyük Qayıdış” davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb VİDEO

İndoneziyada güclü zəlzələ baş verib

ABŞ süni intellekt çiplərinə və serverlərinə uzaqdan girişi məhdudlaşdırıb

Vens: ABŞ İranla müharibənin iki il davam etməsinə imkan verməyəcək

Danimarkanın ən yaşlı qadınının keçmişdə nasist partiyasının üzvü olduğu üzə çıxıb

Hörmüz boğazı yaxınlığında 24 saat ərzində dördüncü tanker minaya düşüb

Media: “Nvidia” Censen Huanqı yenidən şirkət rəhbərliyinə qaytarmağı planlaşdırmır

Hakan Fidan: Türkiyə Qara dəniz vasitəsilə taxıl daşımalarının bərpası üçün danışıqlar aparır

Fransada genişmiqyaslı tətil və etiraz aksiyaları gözlənilir

Kiyevin körpüləri ballistik raketlərlə vurulub

UEFA Millətlər Liqası: Almaniya millisi Niderlanda böyük hesabla qalib gəlib

Kreml Putin, Tramp və Si Cinpinin mümkün görüşünün təfərrüatlarını açıqlayıb

Kuşner: Ukrayna münaqişəsinin davamlı həlli üçün təhlükəsizlik zəmanətləri vacibdir

Şabranda yük maşını minik avtomobili ilə toqquşub, iki nəfər xəsarət alıb

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib

Filarmoniyada “Səsimiz səsindir, Humay!” adlı xeyriyyə axşamı

Ukrayna, ABŞ və Avropa nümayəndələri münaqişənin tənzimlənməsini müzakirə ediblər

Azərbaycan millisi Andorraya qalib gəlib, Emin Mahmudov yığmadakı karyerasını bitirib

Tbilisidə Mirzə Şəfi Vazehin doğum günü qeyd olunub

Ukraynanın Zaporojye vilayətinə aviazərbələr nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb

Aİ-nin beş ölkəsi Ruandada deportasiya olunacaq miqrantlar üçün mərkəz yaratmaq barədə razılığa gəlib

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

Emin Mahmudov millidə son oyununa çıxıb

Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir