Respublika Uşaq Kitabxanası növbəti vəsaiti istifadəçilərə təqdim edib
Bakı, 9 mart, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Əbədiyyətin məşəl aparanı - Qadın ” adlı metodik vəsaiti istifadəçilərə təqdim edib
AZƏRTAC xəbər verir ki, vəsait, mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.
Əsas məqsəd, tariximizdə, müasir dövrümüzdə Azərbaycan qadınının qəhrəmanlığını, mübarizliyini oxuculara çatdırmaqdır.
Vəsait iki hissədən ibarətdir. Birinci hissə “Qadın gülərsə, bu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək...” adlanır və qadın dəyərlərindən bəhs edir.
İkinci hissə, “Adın şərəflidir sənin, ey qadın...” adlanır və kitabxanada təşkil olunan tədbirlərdən söhbət açılır.
Aşağıdakı linkdən metodik vəsaitlə yaxından tanış ola bilərsiniz-
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]