“Qonağım ol” rubrikasının növbəti qonağı təlimçi, yazar Eldar Kərimov olacaq
Bakı, 1 aprel, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi “Qonağım ol” rubrikasının növbəti qonağı yazar, fərdi inkişaf və motivasiya üzrə təlimçi, “Bədən dili və natiqlik sənəti” kitabının müəllifi Eldar Kərimov olacaq.
AZƏRTAC xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və yazarlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazarın fəaliyyət istiqamətinin oxuculara tanıdılmasına şərait yaratmaqla uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.
Görüş çərçivəsində yazar fəaliyyəti istiqaməti haqqında ətraflı məlumat verəcək, həmçinin canlı yayıma qoşulan izləyicilərin suallarını cavablandıracaq.
Qeyd edək ki, onlayn görüş aprelin 2-də saat 16:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi üzərindən reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]
Akademik Musiqili Teatr yeni mövsümə başlayıb
- 07.09.2026 [11:34]
Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq
- 06.09.2026 [19:11]