Xınalığa qar yağır VİDEO
Quba, 5 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 5-i gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xınalıq kəndində qarın hündürlüyü bir santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur aşağı düşüb.
Xınalıq sakinlərinin bildirdiyinə görə, hazırda kəndə qar yağmaqda davam edir.