REGİONLAR
Bərdədə fermerlər şəkər çuğundurunun becərilməsi qaydaları barədə məlumatlandırılıblar
Bərdə, 8 may, AZƏRTAC
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Bərdə rayonunun Zümürxan kəndində tarla şəraitində şəkər çuğundurunun becərilməsi qaydalarına həsr olunmuş təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfərə qədər fermer və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təlimçisi Bayram Əliyev və baş aqronom Alim Əliyev "Şəkər çuğundurunun əkin dövrüyyəsində yeri, səpin müddəti və üsulları, aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda fermerlərlə söhbətlər ediblər.
Təlim zamanı müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb.