DÜNYA


Latviyada ölüm sayı 28 faiz artıb

Riqa, 15 may, AZƏRTAC

2021-ci ilin ilk üç ayında Latviyada 8976 ölüm sayı qeydə alınıb. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 28 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Latviyanın Mərkəzi Statistika Bürosu yayıb.

Məlumatda bildirilir ki, ölüm sayında sürətli artım ötən ilin oktyabr ayından başlayıb. 2020-ci ilin son rübü ilə müqayisədə 2021-ci ilin birinci rübündə dünyasını dəyişənlərin sayı 9 faiz çox olub. Daha çox ölüm sayı yanvar ayında qeydə alınıb (3,5 min nəfər). Bu, son 20 ildə bir ay ərzində qeydə alınan ən yüksək ölüm sayıdır.

Qeyd edilib ki, cari ilin ilk üç ayı ərzində yeni doğulan uşaqların sayı 4024 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz azdır. Bu aylar ərzində ölkə əhalisinin sayı 5 min nəfər azalıb.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.