DÜNYA


Çinin İnkou şəhərində COVID-19 səbəbindən tədris müəssisələri bağlanıb VİDEO

Pekin, 16 may, AZƏRTAC

Çinin İnkou şəhərinin Bayuçüən rayonunda son günlər COVID-19 infeksiyasına yoluxmalar səbəbindən tədris müəssisələri bağlanıb.

AZƏRTAC şəhərin aid olduğu Liaonin vilayətinin hökumətinə istinadla xəbər verir ki, uşaq bağçalarının, məktəblərin və digər təhsil ocaqlarının fəaliyyəti növbəti elan verilənədək dayandırılıb. Bu müddətdə məktəblərdə dərslər distant formada təşkil olunacaq, imtahanlar isə təxirə salınacaq. Yalnız orta məktəblərin buraxılış siniflərində (12-ci siniflər) dərslərin epidemiya əleyhinə tələblərə ciddi riayət olunmaqla məktəblərdə təşkilinə icazə verilib.

Yoluxmalar səbəbindən rayondakı bütün özəl klinikaların da fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, Çində 20 gün aradan sonra mayın 14-də ölkə daxilində COVID-19 virusuna yoluxmalar aşkar edilib. Yoluxmalar Anhuy vilayətində aşkarlansa da, yoluxanlardan birinin İnkou şəhərinin Bayuçüən rayonundakı klinikadan birində boğaz ağrısından müalicə alıb. Onu müalicə edən həkimin sonradan COVID-19 xəstəsi olduğu aşkarlanıb. İndiyədək Liaonin vilayətində 7 nəfərin virusa yoluxduğu aşkarlanıb ki, onların da əksəriyyəti Bayuçüən rayonunda olub. Hazırda 500 min əhalisi olan rayonda sakinlər kütləvi şəkildə koronavirus testindən keçirilir.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.