“Qonağım ol” rubrikası davam edir
Bakı, 20 may, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı Elvira Məmmədova olacaq.
AZƏRTAC xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarının oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.
Oxucular canlı yayım vasitəsilə uşaq yazarı ilə onlayn görüş, diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, onlayn görüş mayın 21-də saat 13:30-da kitabxananın instaqram sosial şəbəkəsi üzərindən reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]