MƏDƏNİYYƏT
“Qonağım ol” rubrikasının növbəti görüşü keçirilib
![“Qonağım ol” rubrikasının növbəti görüşü keçirilib](/files/2021/2/1200x630/162166617375164506_1200x630.jpg)
Bakı, 22 may, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı uşaqların sevimli yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elvira Məmmədova olub.
AZƏRTAC xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.
Yazıçı görüş çərçivəsində çoxşaxəli yaradıcılığı, layihələri, əsərləri haqqında məlumat verib. Həmçinin canlı yayıma qoşulan izləyicilərin “İlk hekayənizi nə zaman qələmə almısınız?”, “Uşaqlara hansı kitabları oxumağı tövsiyə edərdiniz?”, “Mütaliəyə maraq artırmaq üçün nə etməli?” kimi suallarını cavablandırıb.
Qeyd edək ki, onlayn görüş kitabxananın instaqram sosial şəbəkəsi üzərindən reallaşıb.