Çində qasırğa 1 nəfərin ölümünə, 16 nəfərin yaralanmasına səbəb olub VİDEO
Pekin, 2 iyun, AZƏRTAC
Çinin Heyloncian vilayətində iyunun 1-də axşam saatlarında baş vermiş qasırğa nəticəsində 1 nəfər ölüb, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
AZƏRTAC vilayət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, dolu ilə müşayiət olunan qasırğa Şanci şəhərində 146 evin, o cümlədən fermer təsərrüfatının, kiçik istehsal sahələrinin dağılmasına səbəb olub. Ərazidən 250-yə yaxın sakin təxliyə edilib.
Ümumi maddi ziyan 5,12 milyon yuan (təxminən 802 min ABŞ dolları) qiymətləndirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin