Çində kömür mədənində dağıntı altında qalan səkkiz şaxtaçı xilas edilib VİDEO
Pekin, 7 iyun, AZƏRTAC
Çinin şimal-şərqindəki Heyloncian vilayətində kömür mədənində baş verən partlayışdan sonra mədəndə qalmış 8 şaxtaçı təxminən 30 saatdan sonra xilas edilib.
AZƏRTAC xəbər verir ki, xilasedicilər qəza nəticəsində itkin düşən şaxtaçıların yerini 20 saatlıq axtarışlardan sonra müəyyən ediblər. Axtarış işlərinə 30 nəfərlik heyət cəlb olunub. Bundan sonra onların çıxarılması əməliyyatı başlayıb. İyunun 6-da axşam saat 20:00 radələrində şaxtaçılar mədəndən çıxarılıb. Onlar müayinə üçün xəstəxanalara yerləşdiriliblər.
Qeyd edək ki, iyunun 5-də günorta saat 12 radələrində Cisi şəhəri ərazisindəki kömür mədənində partlayış baş verib. Nəticədə səkkiz şaxtaçı ilə əlaqə kəsilmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin