DÜNYA
Çin Yerin müşahidəsi üçün orbitə 4 peyk çıxarıb VİDEO
Pekin, 11 iyun, AZƏRTAC
Çin Yerin müşahidəsi üçün 4 peyki eyni raketdaşıyıcı ilə orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, peykləri orbitə çıxaran "Böyük yürüş-2C" (Long şəhərində March-2D) raketinin buraxılışı Tayyuan buraxılış məntəqəsindən iyunun 11-də saat 11:03-də baş tutub. Yerkin məsafədən zondlanması üçün nəzərdə tutulan “Beijing-3” kommersiya peyki ətraf mühitin monitorinqi, şəhər idarəetməsi, təbii fəlakətlərlə mübarizə məqsədi ilə istifadə olunacaq.
Digər 3 peyk isə əsasən sahil və dayaz dəniz zonasında ekoloji vəziyyətin tədqiqi, ali təhsil ocaqlarında aerokosmik kadrların hazırlanmasına dəstək üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu, "Long March" seriyasından 373-cü raket buraxılışı olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]