Çinin yaşayış məhəlləsində baş verən güclü partlayış nəticəsində azı 12 nəfər ölüb VİDEO

Pekin, 13 iyun, AZƏRTAC
Çinin Hubey vilayətində yaşayış məhəlləsində təbii qaz partlayışı baş verib.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, partlayış nəticəsində 12 nəfəri ölüb, 138 nəfər yaralanıb, onlardan 37-nin vəziyyəti ağırdır.
Hadisə Şiyan şəhərinin Canvan rayonunda yerli vaxtla səhər saat 6:30 radələrində baş verib. Bildirilir ki, partlayış nəticəsində ərazidəki bazar xüsusilə dağıntıya məruz qalıb. Sosial şəbəkələrdə yayılan videolarda ərazidə xeyli dağılmış binalar görünür.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin