Respublika Uşaq Kitabxanası “Qonağım ol” rubrikasını davam etdirir
Bakı, 6 iyul, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi tədbirlər çərçivəsində “Qonağım ol” rubrikasının növbəti qonağı yazıçı-ssenarist Günel Əsgərova olacaq.
AZƏRTAC xəbər verir ki, layihədə məqsəd oxucu və müəlliflər arasında virtual görüşlərin keçirilməsini təmin etmək, yazıçının yeni kitablarını oxuculara tanıdılmasına şərait yaratmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir. Günel Əsgərova “Xanın üç qızı” adlı Azərbaycan və rus dillərində nəşr olunmuş nağıl kitabının müəllifidir.
Yazıçı “Xanın üç qızı” nağılını doğma vətəni Azərbaycana, onun səfalı, gözəl guşələrindən olan Qarabağa həsr edib.
Qeyd edək ki, onlayn görüş iyulun 9-da kitabxananın instaqram sosial şəbəkəsi üzərindən reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]