SİYASƏT


Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Permdə baş verən faciə ilə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbərin onu dərindən kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycan xalqı adından və öz adından Rusiya Prezidentinə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verib, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, dəqiqləşdirilmiş məlumata görə, Perm Dövlət Universitetində baş vermiş silahlı hücum nəticəsində 6 nəfər həlak olub, 24 nəfər yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.