Qubanın Xınalıq və Qırız kəndlərinə ilk qar yağdı VİDEO
Quba, 1 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın ilk günü Quba rayonunun Xınalıq və Qırız kəndlərinə ilk qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarından başlayan qarın hündürlüyü Xınalıq kəndində 2, Qırızda isə 3 santimetrə çatır. Qarın yağması ilə əlaqədar temperatur aşağı düşüb.
Xınalıq kəndi dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir.