Ankarada Türkiyə və Əfqanıstan heyətləri arasında görüş olub VİDEO

Ankara, 14 oktyabr, AZƏRTAC
Əfqanıstan müvəqqəti hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, Ankarada Türkiyə və Əfqanıstan heyətləri arasında görüş keçirilib.
Görüşdə Türkiyə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu rəhbərlik edib.
Bildirilir ki, Əfqanıstan heyəti Rusiyaya da səfər edəcək.
Qeyd edək ki, hazırda Əfqanıstan müvəqqəti hökumətinin qarşısında başlıca vəzifə kimi dünya birliyi tərəfindən tanınmaq məsələsi dayanır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara