Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Təkdam kəndinin videogörüntülərini paylaşıb VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Kəlbəcər rayonunun işğaldan azad edilmiş Təkdam kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Təkdam kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana təhvil verilib.