Şəhid əsgər Elçin Əliyev Şirvanda dəfn edilib VİDEO
Şirvan, 17 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan əsgər Elçin Əliyevlə Şirvan şəhərində vida mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əliyev Elçin Ramil oğlunun üçrəngli bayrağımıza bükülmüş nəşi bu gün axşam saatlarında doğulduğu Şirvan şəhərinə gətirilib. Şəhidin nəşi izdihamla qarşılanıb.
Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhidin nəşi Şirvan Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhər icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhər sakinləri və şəhidin hərbiçi yoldaşları iştirak ediblər.