Türkiyədə “qum fırtınası” zəncirvari qəzaya səbəb olub VİDEO
Ankara, 30 noyabr, AZƏRTAC
Türkiyədə baş verən “qum fırtınası” Konya-Ankara magistralında ağır zəncirvari qəzaya səbəb olub.
AZƏRTAC Türkiyə KİV-inə istinadla xəbər verir ki, qəflətən tüğyan edən fırtınanın yaratdığı duman yolda görmək imkanını məhdudlaşdırıb. Bu səbəbdən bir neçə maşın idarəetməni itirib. Nəticədə otuza yaxın avtomobil bir-birinə çırpılıb. Yaralıların olduğu bildirilir.
Qeyd edək ki, hazırda Türkiyədə əlverişsiz hava şəraiti davam edir. Ölkə əhalisinə xəbərdarlıq edilib ki, insanlar ciddi zərurət olmadıqda evdən çıxmasınlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara