ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində təlim: Birjada qiymətin düşməsindən necə qazanmaq olar
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes idarəçiliyi fakültəsinin təşkilatçılığı, “İnvest-AZ” şirkətinin dəstəyilə “Birjada qiymətin düşməsindən necə qazanmaq olar” mövzusunda təlim keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, Biznes idarəçiliyi fakültəsinin dekanı dosent Vüqar Nəzərov tələbələri mövzu barədə məlumatlandırıb və onları təlimdə fəal iştirak etməyə çağırıb.
“İnvest-Az” şirkətinin tədris üzrə meneceri təlimçi Rövşən Məmmədov günün aktual mövzusunu şərtləndirən başlıca amillərə aydınlıq gətirib, tələbələrin suallarını cavablandırıb. O, görüşün təşkilindən və tələbələrin fəallığından məmnun qaldığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.09.2024 [18:51]
ADNSU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 10.09.2024 [18:48]
Saatlı rayonunda məktəb açılışı olub
- 10.09.2024 [18:21]