İzmir valisi: Mədəndə baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 45-ə çatıb VİDEO
İstanbul, 19 dekabr, AZƏRTAC
Türkiyənin İzmir vilayətində kömür mədənində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İzmir valisi Yavuz Selim Köşger açıqlama verib.
Xəsarət alan işçilərin vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Xatırladaq ki, dekabrın 19-da Türkiyənin İzmir vilayətində kömür mədənində partlayış meydana gəlib. Hadisə baş verən zaman mədəndə 50-dək işçi olub.
Faktla bağlı araşdırma aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul