KTMT-nin kollektiv qüvvələrinin ön bölmələri Rusiyadan Qazaxıstana göndərilib VİDEO

Bakı, 6 yanvar, AZƏRTAC
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstana göndərilib, hazırda kontingentin Rusiya hissəsinin ön bölmələri qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə cümə axşamı günü KTMT-nin katibliyində bildirilib.
“KTMT kollektiv təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına əsasən, Qazaxıstan Respublikasına vaxtla məhdudlaşdırılmış müddətə vəziyyətin sabitləşməsi və normallaşması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri göndərilib” - katibliyin məlumatında belə deyilir.
Məlumata əsasən, sülhməramlılar kontingentin Rusiya hissəsinin ön bölmələri artıq qarşıya qoyulmuş vəzifələrin icrasına başlayıb.