2001-2009-cu illərdə Moldova Respublikasının Prezidenti Vladimir Voronindən
Əziz İlham Heydər oğlu,
Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin Azərbaycanın mənafeyinə, inkişafına və yüksəlişinə sadiqliyiniz xalqınızın hörmət və dəstəyini qazanıb. Siz əsası atanız tərəfindən qoyulan müasir Azərbaycan quruculuğu yolunu davam etdirərək, onun işlərinin layiqli varisisiniz.
Sizə Azərbaycanın və xalqınızın rifahı naminə tarixi missiyanızda səmimi qəlbdən yeni-yeni uğurlar, möhkəm cansağlığı və uzun ömür arzu edirəm.
Dərin hörmətlə,
Vladimir Voronin
2001-2009-cu illərdə Moldova Respublikasının Prezidenti