RƏSMİ SƏNƏDLƏR
2002-ci il oktyabrın 30-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 5-ci iclasının nəticələri barədə Memorandum"un təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2002-ci il oktyabrın 30-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respubli-kası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın 5-ci iclasının nəticələri barədə Memorandum" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlər görsün.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 21 fevral 2003-cü il.