Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2003-CÜ IL APRELIN 4-DƏ BAKI ŞƏHƏRINDƏ IMZALANMIŞ "AZƏRBAYCAN RESPUBLIKASININ EKOLOGIYA VƏ TƏBII SƏRVƏTLƏR NAZIRLIYI ILƏ KANADANIN DÖVLƏT İDARƏÇILIK İNSTITUTU ARASINDA XƏZƏR HÖVZƏSINDƏ İSTILIKXANA QAZI TULLANTILARININ AZALDILMASI ÜZRƏ 2002-2005-CI ILLƏR TƏDRIS PROQRAMININ (XHP) HƏYATA KEÇIRILMƏSININ ŞƏRTLƏRI HAQQINDA ANLAŞMA MEMORANDUMU"NUN TƏSDIQ EDILMƏSI BARƏDƏ

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

1. 2003-cü il aprelin 4-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kanadanın Dövlət İdarəçilik İnstitutu arasında Xəzər hövzəsində İstilikxana Qazı tullantılarının azaldılması üzrə 2002-2005-ci illər Tədris Proqramının (XHP) həyata keçirilməsinin şərtləri haqqında anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Kanada tərəfini xəbərdar etsin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

27 sentyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin