Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2003-CÜ IL FEVRALIN 28-DƏ BAKI ŞƏHƏRINDƏ VƏ MARTIN 14-DƏ ANKARA ŞƏHƏRINDƏ IMZALANMIŞ "AZƏRBAYCAN RESPUBLIKASININ DINI QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMITƏSI ILƏ TÜRKIYƏRESPUBLIKASININ DLYANƏT İŞLƏRI BAŞKANLIĞI ARASINDA DINI TƏHSIL SAHƏSINDƏ ƏMƏKDAŞLIQ HAQQINDA PROTOKOL"UN TƏSDIQ EDILMƏSI BARƏDƏ

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

1. 2003-cü il fevralın 28-də Bakı şəhərində və martın 14-də Ankara şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Dlyanət İşləri Başkanlığı arasında dini təhsil sahəsində əməkdaşlıq haqqında Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə tapşırılsın ki, bu Sərəcamın 1-ci bəndində göstərilən Prtokolun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə Respublikası tərəfini xəbərdar etsin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

27 sentyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin