SİYASƏT
2003-CÜ İLİN OKTYABRIN 15-16-DA BAKI ŞƏHƏRİNDƏ TÖRƏDİLMİŞ İĞTİŞAŞLARLA ƏLAQƏDAR MÜSAVAT VƏ AXC PARTİYALARININ AĞSTAFA RAYONUNDAN OLAN BİR QRUP ÜZVÜNÜN BƏYANATI
Lakin təmsil olunduğumuz siyasi partiyaların rəhbərliyinin oktyabrın 15-16-da Bakıda qanunsuz etiraz aksiyaları keçirməsi, kütləvi iğtişaşlar törətməsi, çoxsaylı polis əməkdaşlarına ciddi xəsarət yetirilməsi, dövlətə və vətəndaşlara külli miqdarda ziyan vurulması bizdə partiyalarımızın rəhbərlərinə qarşı etimadsızlıq və nifrət yaratmışdır.
Buna görə də biz götür-qoy etmiş, düşünmüş və mənsub olduğumuz siyasi partiyaların sıralarını tərk etmək qərarına gəlmişik.
Qərarımızı imzalarımızla təsdiq edir və həmin partiyalarda qalanları da öz siyasi baxışlarını bir daha nəzərdən keçirməyə, müxalifət düşərgəsini tərk etməyə çağırırıq.
Azərbaycanın işıqlı sabahı, xoş gələcəyi, firavan həyatımız, övladlarımızın dinc həyatı naminə hamını cənab İlham Əliyevin ətrafında birləşməyə dəvət edirik.
Müsavat Partiyasının üzvü – Salifov Babək Sabir oğlu
Müsavat Partiyasının üzvü – Hacıyev Aleksandr Hacı oğlu
AXCP-nin üzvü – Əliyev Arif Sabir oğlu
AXCP-nin üzvü – Mustafayev Tahir Vanya oğlu
AXCP-nin üzvü – Əmirov Natiq Sabir oğlu
AXCP-nin üzvü – Binnətov Elşən Zərəfnişan oğlu
AXCP-nin üzvü – Əmirov Kamran Sarif oğlu
Müsavat Partiyasının üzvü -Böyükkişiyev Xəqani Limon oğlu
Müsavat Partiyasının üzvü –Bəndəliyev İsmayıl Ramiz oğlu