Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2004-CÜ İL APRELİN 16-DA ÇOLPON-ATA ŞƏHƏRİNDƏ İMZALANMIŞ “KİTAB NƏŞRİ, KİTAB YAYIMI VƏ POLİQRAFİYA SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ”İN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2004-cü il aprelin 16-da Çolpon-Ata şəhərində imzalanmış “Kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə müvafiq bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin