Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2005-CI İL OKTYABRIN 16-DA QAHİRƏ ŞƏHƏRİNDƏ İMZALANMIŞ“AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİ İLƏ ƏRƏB DÖVLƏTLƏRİ LİQASININ BAŞ KATİBLİYİ ARASINDA ANLAŞMA MEMORANDUMU”NUN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2005-ci il oktyabrın 16-da Qahirə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Ərəb Dövlətləri Liqasının Baş Katibliyi arasında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Anlaşma Memorandumunun həyata keçirilməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin