Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2005-Cİ İL NOYABRIN 25-DƏ MOSKVA ŞƏHƏRİNDƏ MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİ HÖKUMƏT BAŞÇILARI ŞURASININ İCLASINDA AZƏRBAYCAN RESPUBLİKASI TƏRƏFİNDƏN İMZALANMIŞ “MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİNİN İŞTİRAKÇISI OLAN DÖVLƏTLƏRİN GƏNCLƏRLƏ İŞ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞI HAQQINDA SAZİŞ”İN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2005-ci il noyabrın 25-də Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin gənclərlə iş sahəsində əməkdaşlığı haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin